"Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı bir rayondan digərinə giriş-çıxış qadağan edilib.
Oxu.Az-ın məlumatına görə, artıq rayonlararası postlar qurulub.
Bu addım ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün atılıb.