Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL

Azərbaycanın qlobal “zəhərə” qarşı “zərdabı” - TƏHLİL


Azərbaycan dövləti qlobal risklərin ssenarisini və onların ölkəyə təsirlərini nəzərə alaraq, bütün iqtisadi resurslarını mümkün təhlükələrə qarşı sipər edib.

Koronavirus pandemiyasının yaratdığı həyəcan atmosferi, bu həyəcanlı mənzərənin iqtisadiyyatda neqativ proseslərlə müşayiət olunması hazırda iqtisadi-siyasi dairələrin müzakirə predmetidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti, aidiyyəti qurumlar koronavirus infeksiyasına qarşı ictimai və iqtisadi immunitet yaradaraq, neqativ təsirləri minimuma endirməyi qarşıya hədəf qoyublar.


Ölkə rəhbəri İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibəsində koronavirusa qarşı tədbirlər planından danışıb.

Prezidentin dediklərini soyuq başla və məntiqlə süzgəcdən keçirsək, görərik ki, hökumətin koronavirus əleyhinə tətbiq etdiyi qaydalar, görülən işlər vaxtında və düzgün atılmış addımlardır.

“Bəzi ölkələrdə gündə yüzlərlə - 500-600 insan vəfat edir. Yəni bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər.

Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq”, - deyə Prezident çıxışında bildirib.

Azərbaycan koronavirusa qarşı mübarizədə regionda ilkə imza atan ölkələrdən oldu. Belə ki, Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və bu Fonda 20 milyon manat ayrıldı.

Fonda ianə edilən vəsaitlər koronavirus əleyhinə işlərə sərf ediləcək, bu isə görülən işlərin daha da effektiv nəticələnməsinə gətirib çıxaracaq.

Azərbaycanın strateji valyuta ehtiyatları, idxaldan asılılığın azalması, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatı daha dayanıqlı edir və risklərə hazır vəziyyətə gətirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-fevral aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 12 milyard 578 milyon manat təşkil edib.

Müvafiq dövrdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 965 milyon 200 min manat vəsait yönəldilib.

Prezident bildirib ki, inflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirlərinin artımı isə 9 faizdir.

“İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar”, - deyə İlham Əliyev əlavə edib.

Ölkələr arasında iqtisadi əlaqələrin məhdudlaşdırılması, sərhədlərin bağlanması, idxal-ixrac əməliyyatlarının azalması, sözsüz ki, sahibkarlığa mənfi təsir edən amillərdəndir.

Dövlət isə koronavirusun ziyan vurduğu sahələrdən başlıcası – sahibkarlıq subyektlərini diqqətdən kənarda saxlamır, əksinə, sahibkarlığın dinamikasının aşağı düşməməsinə çalışır.

Bu məqsədlə Prezidentin sərəncamı ilə sahibkarlığa dəstək vermək məqsədilə Nazirlər Kabinetinə bir milyard manat ayrıldı.

Bu məbləğin ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin.

Belə bir məqamda sahibkarlar da öz işçilərini ixtisar etməməlidir. Prezident müsahibəsində bununla bağlı bütün sahibkarlara çağırış edib.

Eyni zamanda, məşğulluq ön plana çıxmalı, makroiqtisadi sabitlik təmin edilməlidir – Prezidentin iqtisadi konsepsiyasının mahiyyəti bundan ibarətdir.

Sahibkarlığın inkişafında müsbət dinamikanı saxlamaq məqsədilə təkcə bu sahəyə maliyyə ayrılması kifayət deyil.

Ölkə rəhbəri əlavə edib ki, ən həssas sahibkar qruplarına xüsusi maliyyə dəstəyi ilə yanaşı, vergi güzəştləri də ediləcək, onlara digər imtiyazlar veriləcək.

Göründüyü kimi, Azərbaycan dövlətinin koronavirus “zəhər”inə qarşı kifayət qədər “zərdabı” var.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ