Sizin reklam burada
Sizin reklam burada

ADPU-nun Quba filialının əməkdaşları bayram münasibətilə aztəminatlı ailələri və şəhid ailəsini ziyarət ediblər

Əminamanlıq, sülh, ruzi-bərəkət və xeyrxahliq, təbiətin oyanmasının rəmzi olan, xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev və filialın bir qrup əməkdaşı ənənəyə sadiq qalaraq bu gün Qubada yaşayan aztəminatlı ailələrin bəzisini ziyarət edib onlara Novruz sovqatları aparıblar.
Həmçinin onlar vətən uğrunda şəhid olan qəhrəman Abdurəhmanov Ramin Şövkət oğlunun ailə üzvləri də ziyarət olunub. Ziyarətdə Yusif Alıyev şəhidlərimiz haqqinda danışarkən qeyd etdi ki, Vətən uğrunda şəhidlik ən ali və ən uca zirvədir. O bildirdi ki, Prezidentimiz cənab İlham Əliyevin də şəhid ailələrinə göstərdiyi diqqət və qayğısı dövlətimizin ən ali prioritet vəzifələrindəndir. Yusif Alıyev şəhidin atasına belə oğul böyüdüb, tərbiyə etdiyi üçün dərin təşəkkürünü bildirdi. O qeyd etdi ki, şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq və onların ruhu qarşısında baş əyirik. Allahdan şəhidlərimizə rəhmət dilədi.
Sonda şəhid Ramin Abdurəhmanovun atası Şövkət kişi onları bu əziz gündə unutmadıqları üçün direktor Yisif Alıyev başda olmaqla Quba filialının kollektivinə təşəkkür və minnətdarlığını bildirdi.

ADPU-nun Quba filialının əməkdaşları bayram münasibətilə aztəminatlı ailələri və şəhid ailəsini ziyarət ediblər
ADPU-nun Quba filialının əməkdaşları bayram münasibətilə aztəminatlı ailələri və şəhid ailəsini ziyarət ediblər
ADPU-nun Quba filialının əməkdaşları bayram münasibətilə aztəminatlı ailələri və şəhid ailəsini ziyarət ediblər
ADPU-nun Quba filialının əməkdaşları bayram münasibətilə aztəminatlı ailələri və şəhid ailəsini ziyarət ediblər
ADPU-nun Quba filialının əməkdaşları bayram münasibətilə aztəminatlı ailələri və şəhid ailəsini ziyarət ediblər
ADPU-nun Quba filialının əməkdaşları bayram münasibətilə aztəminatlı ailələri və şəhid ailəsini ziyarət ediblər
ADPU-nun Quba filialının əməkdaşları bayram münasibətilə aztəminatlı ailələri və şəhid ailəsini ziyarət ediblər

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ