İctimai Televiziyanın binasında bədbəxt hadisə baş verib.
İTV-dən Xeberleragentliyi.com verilən məlumata görə, orada fəhlə işləyən şəxslərdən biri ehtiyatsızlıq ucbatından 6-cı mərtəbədən yıxılıb.
Məlumata görə, fəhlə binadakı sanitar qovşağın pəncərisini təmir edərkən yıxılıb.
1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən fəhlənin vəziyyəti ağırdır.