Sizin reklam burada
Sizin reklam burada

"Qadınlığımdan utanıram" - Feministlərin aksiyasına ETİRAZ

"Qadınlığımdan utanıram" - Feministlərin aksiyasına ETİRAZ

Keçmiş deputatlığa namizəd Rabiyə Məmmədovanın rəhbərlik etdiyi azsaylı azərbaycanlı feministlərin kiçik bir qrupunun Bakıda keçirdiyi etiraz aksiyası sosial şəbəkələrdə nifrət hissi ilə qarşılaşıb. Belə bir aksiyanı milli-mənəvi dəyərlərimizə hücum kimi dəyərləndirən istifadəçilər iştirakçılara sərt etiraz ediblər.

Psixoloq Ramil Nəcəfli özünün facebook statusunda bildirib ki, Günel Mövlud kimi məxluqlar öz iyrənc təbliğatı ilə bu ölkəyə qənim kəsilib: “8 Mart günü bir qadın gərək özünə belə pis sözlər dedirtməsin. Tfu sənin sifətinə!”.

R.Nəcəfli hesab edir ki, əlində əxlaqsız plakatlar tutmaqla belə qadınlar xaqlımızın bütün dəyərlərinə balta çalmaq niyyətini nümayiş etdirirlər:

“Siz öz azadlığınızı yox, başqalarının da özünüz kimi olmasını təbliğ etməklə onların azadlığını və həyat keyfiyyətini pozursunuz”.

Hüseyn Mahmudov adlı istifadəçi isə belə bir sual verib: “Bu feminist xanımlar harada yetişdirilir, bunları dəstəkləyən hansı qüvvələrdir? Çox təhlükəli haldır xalqımız üçün”.

Mehman Rüstəmov isə yazaraq vurğulayır ki, istər fahişə olsun, istər əxlaqlı qadın, belə abırsız, çirkin məqsədli aksiyaları qətiyyətlə pisləmək lazımdır.

Tərlan Eyvazov vurğulayır ki, tədbirin təşkilatcıları və iştirakçıları ictimaiyyətlə bu hərəkata və radikal müxalifətə qarşı nifrət hissini şiddətləndirdi: “İnsanlar deyir gör bunların əlinə düşsək, günümüz nə olar. Bu aksiyada hec bir pozitivlik, müsbət hal yoxdur. İnsanların rəylərinə baxın. Yalnız nifrət”.

Umuxanım Hüseynzadə adlı istifadəçi belə aksiyalardan bir qadın kimi utandığını yazıb: “Qadınlığımdan utanıram artıq. Həqiqətən biabırçılıqdır. Bunlara bir “dur!” deyən tapılacaqmı?”

Mehin İsa feminist adı ilə fəaliyyət göstərən qadınların iç üzünü açmağa çalışıb: “Onların ipi başqasının əlindədir, başqasının kölgəsində yatan it sürüsüdürlər. Nəyi yazırlar, onlar da “qavqav” edirlər. Azadlıq, demokratiya, qadın hüquqları adı altında dövlət bölücüləridir”.

Bəhruz Salmanov: “Baş işləməyəndə belə olur. Son dövrlərdə belə bir fikir yaranıb ki, əgər diqqət cəlb etmək istəyirsənsə, özünü qurşaqdan aşağı ilə ifadə et. Görünən budur ki, “beyin”lərinin gücü yalnız bunu istehsal edə bilir”.

Şəfa Qasımova: “Bundan artıq azadlıq olar? Düşüblər küçələrə ağızlarına gələn şüarlarla. Hələ aralarında kişilər də var. Vay-vay, dəhşət! Kaş ki, oxumaq istəyərdiniz, onda heç olmasa, şüarları düzgün yazardınız. Mən həmişə deyirəm, azadlıq hissini tərbiyəsizliklə səhv salmaq olmaz. Azadlıq hər istədiyini etmək deyil!”.

Bəhruz Camal: “Payla, azad ol! Bunların “azad qadın” modeli budur. Qadını futbol qapısına döndərmək, hər gələn bir qol vursun və beləliklə də azadlıq hasil olsun. (Hamıdan artıq dərəcədə üzr istəyirəm)”.

Məhsəti Şərif Özyürek: “Öncə oxu, sonra azad ol. Cahilliyin azadlığına əngəldi”.

Aytən Ağalarova: “Bunlar barlarda, küçələrdə istədikləri kişiylə münasibət qurmaq istəyən qadınlardır. Bunlarınkı sərbəstlik yox, əxlaqsızlıq istəyidir”.

Tamilla Əliyeva: “Bunların yanındakı kişiciklər gərək kənardan belələrini daş-qalaq edəydilər. Xəstəlik yayan iyrənc məxluqlar”.

Vilayət Mirzəyeva: “Bunlar heç özləri də bilmir nə istəyirlər, təki qışqırıq olsun küçələrdə”.

Sosial şəbəkələrdə xüsusi olaraq vurğulanır ki, feminist adı ilə əxlaqsızlığı yayan Nərmin kimi Vətən xainləri Azərbaycandan sürgün edilməlidir. Əks təqdirdə belələri öz çirkin əməlini həyata keçirərək gənc nəslə mənfi nümünə olacaqlar.

"Qadınlığımdan utanıram" - Feministlərin aksiyasına ETİRAZ


Əksəriyyət isə haqlı olaraq düşünür ki, xalqımızın ailə dəyərlərini məhv etmək düşünülmüş planın tərkib hissəsidir. Həmin plan isə birbaşa xalqımızın böyük sərvəti olan dövlətçiliyi dağıtmaq, bununla da ən böyük məqsədlərinə çatmaqdır.

Beləliklə, ictimai rəy feministlərin niyyətinə qarşı yekdil şəkildədir. Həmin fikirlər isə budur ki, köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqını parçalamaq üçün ciddi və genişmiqyaslı şəbəkə daha da fəallaşıb. Bu dəyərləri sədaqətlə qorumaq və gələcək nəsillərə çatdırmaq əvəzinə dəyərlərə tüpürmək, yad, heyvani və digər ideoloji cərəyanları cəmiyyətə sırımaq mütəşəkkil işə çevrilib.

Bu gün hər kəsə məlumdur ki, milli-mənəvi dəyərlərimizin dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rolu var. Bunu bilən xarici ölkələrin kəşfiyyatları xüsusi institutlar vasitəsilə yeni strateji hücum senarisini həyata keçirməyə başlayıb. Bununla da milli-mənəvi, o cümlədən dini dəyərləri, adət-ənənələri alt-üst edən yeni metodologiya işə düşüb. Seksual azadlığı qadın azadlığının tərkib hissəsinə çevrirmək bu metodologiyanın işlək mexanizmidir.

Görünən odur ki, millətimizin əksəriyyəti öz soykökünə, tarixinə sadiq qalmaqla bu missiyaya ciddi etirazını bildirir və qəti şəkildə belələrinə qarşı cəza verilməsini tələb edir. Xalqımız yaxşı anlayır ki, mentalitetindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalıblar.

KONKRET.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ