İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ağsaqqallarla görüşüb
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ilk işgüzar görüşünü ağsaqqallarla keçirib. İcra başçısı qeyd edib ki, ilk görüşümü sizinlə keçirməkdə istəyim sizdən xeyir-dua alıb, cənab Prezident İlham Əliyevin icra hakimiyyətinin başçısı təyin olunmağım barədə Sərəncamı, böyük etimadı sizin məsləhətlərinizlə, təkliflərinizlə layiqincə doğrultmaq, rayonumuzun daha sürətli inkişafına nail olumaqdır. Artıq mən bu potensialı İsmayıllıda görürəm. Onun reallığa çevrilməsi üçün mövcud bütün qüvvələrlə birgə çalışmağa üstünlük verirəm.
Səmimi, mehriban, hörmət və ehtiram şəraitində keçən görüşdə rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, əməkdar müəllim Şəfaqət Rəsulov, rayon Veteranlar Şurasının sədri Əlalət Babayev, pensiyaçı-müəllimlər Hacıməmməd Məmmədov, Şahmalı Salmanov, Rafiq Orucov,Tofiq Mahmudov, Ağasəfər Qafarov,Lahıcdan Hüseynağa Kamilov, İvanovka kəndindən Simirnov Qriqori Vasilyeviç, Mollaisaqlıdan İldırım Məsimov, Laçından məcburi köçkün düşüb Zərgəran kəndində müvəqqəti məskunlaşmış Ramiz Ağayev və başqa ağsaqqallar çıxış edib, təklif və istəklərini,ictimai həyatda daha fəal olacaqlarını bildiriblər. Təklif olunub ki, rayon Ağsaqqallar Şurası bütün hüquqi prosedurları keçib, ictimai qurum kimi fəaliyyətini daha da genişləndirsin.
Ağsaqqallar RİH-nin başçısı Nahid Bağırovu bu yeni məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona uğurlar arzulayıblar.