Bakının Xəzər rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisində “Opel” markalı avtomobildən 100 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələsgərov saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş E.Xəlilovun ətrafında Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılıb.
Aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 həyətyanı sahədən kombi aparatı, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması müəyyən edilib.
Bundan başqa, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini E.Qasımov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 850 qram heroin, 555 qram marixuana, 800 ədəd metadon həbi və elektron tərəzi aşkar edilərək götürülüb.
Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də xətt avtobusunda Bakı şəhər sakini M.Tarverdiyevin cibindən 1500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Məmmədov saxlanılıb.
Daha bir oğurluq faktının üstünün açılması üçün əməliyyat Nəsimi rayonunda keçirilib.
Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki iki evdən mobil telefon, su sayğacı, qızıl və geyim əşyaları, habelə N.Nərimanlının velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb.