Sizin reklam burada
Sizin reklam burada

Orduda “zəlzələ”: Paşinyan hökuməti təcili topladı – Gecə saatlarında

Orduda “zəlzələ”: Paşinyan hökuməti təcili topladı – Gecə saatlarında

Ermənistanın Baş Naziri Nikol Paşinyan ordu sistemində kadr dəyişikliklərini elan edib.

Teleqraf.com xəbər verir ki, Baş Nazir son zamanlarda Ermənistan Silahlı Qüvvələrində neqativ halların və itkilərin sayının artdığını bildirib.

Paşinyan qeyd edib ki, dəyişiklik qərarı orduda baş verən son neqativ hadisələr ətrafında hökumətlə aparılan müzakirələr zamanı verilib. O, müzakiələrin gecə saatlarında baş tutduğunu deyib.

Onun sözlərinə görə, kadr dəyişiklikləri ilə yanaşı, bir sıra əsas qərarlar qəbul edilib:

“2019-cu ildə ordu daxilində itkilər az olsa da, bu ilin ilk iki ayında itkilər və neqativ hallar görünməmiş formada artıb”.

Qeyd edəki ki, erməni KİV-də bu ilin ilk iki ayı ərzində silahlı qüvvələrin 13 hərbçisinin qeyri-döyüş şəraitində həlak olması barədə məlumat yayılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ