Sizin reklam burada
Sizin reklam burada

Paşayevadan spiker olacağı xəbərinə reaksiya

Paşayevadan spiker olacağı xəbərinə reaksiya

Sosial şəbəkədə, bəzi media orqanlarında mənim Milli Məclis sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır. Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir.

Axar.az xəbər verir ki, bu barədə 105 saylı Tovuz seçki dairəsindən lider namizəd olan Qənirə Paşayeva Milli Məclis sədri olması ilə bağlı sosial şəbəkə və bəzi saytlarda yayılan iddialara cavab olaraq qeyd edib. O bildirib ki, partiyalar arasında ən çox deputat mandatı qazanan Yeni Azərbaycan Partiyasıdır:

“Hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır; mən isə bitərəfəm. Digər tərəfdən, yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm, əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ