arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Ən təhlükəli spirtli içkinin adı açıqlandı

Ən təhlükəli spirtli içkinin adı açıqlandı

Sağlamlıq üçün ən təhlükəli spirtli içki pivədir.

Bu barədə rusiyalı narkoloq, tibb elmləri namizədi Danil Pokrovski “Veçernıy Moskva”ya bildirib.

O, bu içkinin qadağan edilməsinə çağırıb.

“Spirt pivənin ən az zərərli tərkib hissəsidir. Pivəyə köpük, rəng, dad xüsusiyyətlərini verən başqa kiçik komponentlər insan sağlamlığı üçün olduqca zərərli birləşmələrdir”, - deyə həkim bildirib.

Pokrovskinin dediyinə görə, təkcə 375 ml həcmlik şüşədə kobaltın (hansı ki, kardiotoksitdir) sutkalıq dozası var.

Onun sözlərinə görə, pivə və onun tərkibindəki metal ölümcül xəstəliklərə - kardiopatiya və ürək piylənməsinə səbəb ola bilər.

Spirtli içkilərin təqdiqatları üzrə mütəxəssis olan Erkin Tuzmuxamedov isə qazlı kimyəvi spirtli içkilərin daha təhlükəli olduğunu bildirib.

“Həqiqət də bu spirt, şəkər və qazlı dadlandırıcıdan ibarət içkidir. Spirtli içki istehsalçıları bundan külli miqdarda pul qazanırlar”, - deyə o, bildirib.

  • Sosial şəbəkədə paylaş