arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"1917" filmi BAFTA mükafatına layiq görülüb

"1917" filmi BAFTA mükafatına layiq görülübRejissor Sem Mendesin "1917" tarixi dramı ən yaxşı film kimi Britaniya Film və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, "1917" filmində Din-Çarlz Çepmen, Corc Makkey, Deniel Meys, Kolin Fert və Benedikt Kamberbeç oynayıblar.

Bildirilir ki, 9 nominasiyada irəli sürülmüş film ən yaxşı rəssam-quruluşçu işi, ən yaxşı səs, ən yaxşı operator işi, ən yaxşı vizual effektlər nominasiyalarında Böyük Britaniyanın ən yaxşı filmi seçilib. Filmin rejissoru Sem Mendes isə "ən yaxşı rejissor işi" nominasiyasında "Bürünc maska"ya layiq görülüb.

Amerikalı aktyor Hoakin Feniks "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub. 45 yaşlı aktyor bu mükafata Todd Fillipsin rejissorluğu ilə çəkilən "Coker" psixoloji trillerindəki roluna görə layiq görülüb.

"Ən yaxşı daqın rolu" nominasiyasında mükafata amerikalı aktrisa Rene Zellveger Ruper Quldun rejissorluğu ilə çəkilən "Cudi" filmindəki roluna görə layiq görülüb.

  • Sosial şəbəkədə paylaş