Sizin reklam burada
Sizin reklam burada

“Qarabağ”ın danışıq apardığı futbolçular – Kintana gedir

“Qarabağ”ın danışıq apardığı futbolçular – Kintana gedir


“Qarabağ” qış fasiləsində heyətini gücləndirmək üçün bir sıra futbolçularla danışıqları davam etdirir.

Qol.az-ın etibarlı mənbədən əldə etdiyi xəbərə görə, hazırda intensiv danışıqların aparıldığı oyunçular arasında “Fənərbaxça”nın yarımmüdafiəçisi Alper Potuk, “Rayo Valyekano”nun gənc yarımmüdafiəçisi Coni Montiel və bir sıra başqa əcnəbi oyunçu da var. Onlardan ən azı biri ilə bu gün razılığa gəlinəcəyi gözlənilir.

Qeyd edək ki, Alper Potuk və Montiel komandalarında əsas heyətə düşməkdə çətinlik çəkirlər. Onların "Qarabağ"a icarə qaydasında keçə biləcəyi ehtimalı var.
Xatırladaq ki, Avropada transfer pəncərəsi bu gün bağlanacağından klubu ilə müqaviləsi olan futbolçunun transferi məsələsi günün sonuna qədər həllini tapmalıdır.
“Qarabağ”ın danışıq apardığı futbolçular – Kintana gedir

Qol.az-ın əldə etdiyi başqa bir xəbərə görə, qış fasiləsində Ağdam klubundan ayrılacaq bir futbolçu müəyyənləşib. Bu, ispaniyalı Dani Kintanadır. 32 yaşlı yarımmüdafiəçinin karyerasını Çində davam etdirəcəyi gözlənilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ