Sizin reklam burada
Sizin reklam burada

İmtahan müddəti artdı, sual sayı da artacaq? - RƏSMİ CAVAB – ÖZƏL

İmtahan müddəti artdı, sual sayı da artacaq? - RƏSMİ CAVAB – ÖZƏL

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci il fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirəcək. Ancaq ötən illərdən fərqli olaraq imtahan 3 saat (əvvəl magistraturaya qəbul imtahanının birinci mərhələsi 2,5, ikinci mərhələsi isə 1,5 saat müddətində keçirilirdi) davam edib. Sonra DİM-in sosial şəbəkə hesabından abituriyentlərin suallarına cavab olaraq bildirilib ki, artıq bu ildən magistraturuya qəbul imtahanları 3 saat keçiriləcək.

Bu yenilikdən sonra hazırlıq kurslarında magistraturaya hazırlaşan tələbələrə imtahanlarda sualların artırılacağı barədə məlumat verilib və bildirilib ki, bu ildən məntiqdən 60, informatika və xarici dildən isə 30 sual düşəcək. Sualların artacağını düşünən tələbələr isə təşvişə düşüblər.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Lent.az -a bildirib ki, imtahan müddəti 30 dəqiqə artırılaraq 3 saat olub: “Müddətin artırılmasına səbəb bakalavrların imtahan suallarını daha səmərəli cavablandırması üçündür. İmtahan verənlərin dinləmə qabiliyyətlərinin yoxlanılması üçün dinləmə testlərinin də olmasına görə qərara alınıb ki, imtahan müddətinin vaxtı artırılsın”.

X.Xanlarzadə qeyd edib ki, imtahan suallarının artırılacağı barədə fikirlər həqiqətə uyğun deyil: “Bu il də ötən illərdə olduğu kimi, sualların sayı 100 (50 məntiq, 25 informatika və 25 ingilis dili) olacaq”.

Xatırladaq ki, ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də baş tutacaq. İmtahana qeydiyyat prosesi yaxın günlərdə elan olunacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ