Sizin reklam burada
Sizin reklam burada

Koronavirus Çindən Azərbaycana turist axınını “vuracaq”? - ÖZƏL

Koronavirus Çindən Azərbaycana turist axınını “vuracaq”? - ÖZƏL

Çinin Uxan şəhərində yayılmağa başlayan koronavirus qısa zamanda bütün dünyanı narahat etməyə başlayıb.

Bəzi ekspertlər bildirib ki, virusla bağlı 2020-ci il ərzində Azərbaycana gəlməsi nəzərdə tutulan turistlərin sayında ciddi azalma ola bilər.

Məsələ barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin və Azərbaycan Turizm Bürosunun Çinlə bağlı bütün layihələri, o cümlədən, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” qüvvədədir:


“Çindəki nümayəndəliyimiz hazırda fəaliyyətini davam etdirir. Virusla bağlı məsələlər taktiki dəyişikliklər tələb edir və gələcəkdə də edə bilər.

Lakin Çin bazarı ilə bağlı strateji tərəfdaşlığımız dəyişməz olaraq qalır. Çin bizim üçün mühüm bazardır və virusla bağlı məsələ həll olduqdan sonra hər şey qaydasına düşəcək”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ