Sizin reklam burada
Sizin reklam burada

Problemləri özündən böyük Uştalqışlaq və Aşağı Zərnəva kəndləri


Problemləri özündən böyük Uştalqışlaq və Aşağı Zərnəva kəndləri



Bu gün günün ikinci yarısı Uştalqışlaq və Aşağı Zərnəva kəndlərində oldum. İsmayıllı Qaraməryəm yolu iki il qabaq çəkilib. Həmin yolun Kürtmaşı kəndindən keçən hissəsindən Uştalqışlaq kəndinə cəmi 4 km-dir. Yani bu yol əsaslı təmir olunan vaxtı bu kəndin 4 km-lik yolu da çəkilə bilərdi. Ancaq bu edilməyib. Əminəm ki, bu barədə Cənab Prezidentə məruzə olunsaydı mütləq yolun çəkilməsi üçün tapşırıq verəcəkdi. Etməyiblər, deməyiblər. Etməkləri bir yana qalsın gizlədiblər. Uştalqışlaq kəndində qaz yoxdur. Kürtmaşı kəndində isə var. Uştalqışlaqda işıq var. Amma olmasa ondan yaxşıdır. Qalagah kəndindən gəlir su və işıq. Külək əsəndə isə kənd işıqsız qalır. Kəndin yaxınlığına qədər yeni işıq xətti çəkilsə də kəndin özünə çəkilməyib. Yani Uştalqışlaq kəndi illərdir bu problemlərin əsirinə çevrilib.
Ağsu Qaraməryəm yolu da son 2-3 ildə çəkilib. Həmin yoldan Aşağı Zərnəva kəndinə cəmi 2 km-dir. Yani həmin yol əsaslı təmir olunan zaman bu 2 km-lik yolu da çəkmək olardı. Kənddə su yoxdur, qaz yoxdur, yol yoxdur, rabitə yoxdur. Təsəlli üçün işıq var. Suyu da 5-10 litrlik su qablarında əl arabası ilə aparır kənd sakinləri evlərinə. Kənd sakinləri deyir ki, ümidimiz Cənab Prezidentimizdədir. Çünki, yerli məmurlar bizim problemlərimizə baxmırlar. İllərdir ancaq söz verirlər. Real bir əməl yoxdur. Bir namizəd və bir jurnalist kimi insanlarımızı ürək ağrısı ilə dinlədim. İşıqlandırmaq və aidiyyatı qurumlara məlumat verəcəyimi bildirdim. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının da hər zaman bir istəyi və tapşırığı olub: vətəndaşları incitməyin! Problemlərini dinləyin, həll edin. Edə bilmədiklərinizi də özünüzdən yuxarı təşkilatlara bildirin. İnsanlarımıza belə münasibət göstərməyin bir adı var: işləməmək və yalan danışmaq.



Problemləri özündən böyük Uştalqışlaq və Aşağı Zərnəva kəndləri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ