Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artıb

Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artıb

Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 15,7 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 954 milyon ABŞ dolları təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 265 milyon ABŞ dolları və ya 15,7 faiz artıb.

Ötən il ərzində Rusiyaya 690,6 milyon, Türkiyəyə 401,8 milyon, İsveçrəyə 179 milyon, Gürcüstana 159,1 milyon və Ukraynaya 50,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Rusiyaya qeyri-neft ixracı 11,5 faiz, Türkiyəyə 16,5 faiz, İsveçrəyə 32,2 faiz, Gürcüstana 27,8 faiz və Ukraynaya 24,6 faiz artıb.


2019-cu ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 173 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 16 milyon ABŞ dolları və ya 10 faiz artıb. 2019-cu ilin dekabr ayında qeyri-neft-qaz məhsulları ən çox mal Rusiyaya (68,3 milyon ABŞ dolları), Türkiyəyə (38,4 milyon ABŞ dolları), İsveçrəyə (15,1 milyon ABŞ dolları), Gürcüstana (8,5 milyon ABŞ dolları) və Özbəkistana (6,7 milyon ABŞ dolları) ixrac edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ