Sizin reklam burada
Sizin reklam burada

Yusif Osmanlı Topçu kəndində seçicilərlə möhtəşəm görüş keçirdi.

Yusif Osmanlı Topçu kəndində seçicilərlə möhtəşəm görüş keçirdi.


86 saylı İsmayıllı Seçki Dairəsindən namizədliyi qeydə alınmış yazıçı-jurnalist Yusif Osmanlının seçicilərlə görüşləri davam edir. Yusif Osmanlı bu gün rayonun Topçu kəndində seçicilərlə görüşüb. Bu barədə saytımıza Yusif Osmanlının səlahiyyətli nümayəndəsi Arif Süleymanov məlhmat verib. Görüşdə namizədin seçki platforması açıqlanıb. Seçiciləri maraqlandıran suallar cavablandırılıb. Kənd sakinlərinin problemləri dinlənilib. Kənd sakinlərinin qaldırdığı problemlər arasında yol, qaz, iliq və su kimi problemlər dinlənildi. Müvafiq təşkilatların diqqətinə çatdırıldı mövcud problemlər. Kəndin girişində olan Böyük Vətən müharibəsində iştirak edənlərin xatirəsinə yaradılmış abidə kompleksinin təmirsiz olması və diqqətdən kənarda qalması da qaldırlan problemlər içərisindədir. Kəndin mərkəzi ilə gedən yolun təmirsiz olması, təxminən kənddə 90 evə qaz xəttinin çəkilməməsi, yay aylarında su anbarının olmamasından və yol kənarında olan turizim məkanlarının kəndin su xəttindən istifadəsi kənd sakinlərinin sudan çətinliyini yaradır. Bundan başqa təxminən 1700-ə yaxın sakinin yaşamasına baxmayaraq kəndin uşaq baxçasının və kıubun olmaması qaldırılan problemlərdəndir. Bütün problemləri dinləyən Yusif Osmanlı problemlərin həlli istiqamətində çalıacağını bildirdi.

Yusif Osmanlı Topçu kəndində seçicilərlə möhtəşəm görüş keçirdi.
Yusif Osmanlı Topçu kəndində seçicilərlə möhtəşəm görüş keçirdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ