Deputatlığa namizəd təşviqat kompaniyasında ilk olaraq imzatoplama ərəfəsində 1-ci imza vermiş ailə ilə görüşdü.
2020-ci il 9 fevralda Milli Məclisə keçiriləcək seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizəd Elsevər Mehdiyev təşviqat kampaniyasına başladı. İlk olaraq deputatlığa namizədlik üçün imzatoplama kompaniyasında ilk imzanı verən ailə ilə artıq namizəd kimi ilk görüşünü keçirdi.Deputatlığa namizəd Elsevər Mehdiyevlə görüşmək üçün Nəsimi rayon sakinləri artıq sürəkli şəkildə axışırlar.
Bu gün bir qrup nəsimi rayon sakinləri deputatlığa namizəd Elsevər müəllimlə görüşə gəlib və öz xeyir-dualarını verərək, bir daha dəstək olduqlarını bildiriblər. 9 fevral tarixində keçiriləcək seçkilərdə ailəliklə iştirak edəcəklərinidə qeyd ediblər. Elsevər müəllim vətəndaşlara ona dəstək olduqları üçün minnətdarlıq edib və göstərilən böyük etimadı doğuruldacağını bildirib.