Sizin reklam burada
Sizin reklam burada

Cəriməni ödəməyənlər sərhəddi keçə bilməyəcək — KAMRAN ƏLİYEV

Cəriməni ödəməyənlər sərhəddi keçə bilməyəcək — KAMRAN ƏLİYEV

“Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cəriməni ödəməyən şəxslərin müəyyən edilməsi prosesi başlanılıb”.
"Ölkə.Az" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a deyib. Onun sözlərinə görə, sözsüz ki, cəriməni ödəməyənlərin sərhəddi keçməsi yalnız müvafiq cərimə məbləğləri ödənildikdən sonra mümkün olacaq: “Həmin sərhəd məntəqələrində cərimələrin ödənilməsi üçün şərait yaradılıb və müvafiq terminallar quraşdırılıb. Yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cəriməsi olan şəxslərdən xahiş olunur ki, həmin cərimələri Bakı şəhərində, yaxud istənilən digər ərazilərdə fəaliyyət göstərən banklarda, terminallarda, habelə ödəniş məntəqələrində cərimə borcunu tam ödəsinlər ki, sərhəddə ləngimək məcburiyyətində qalmasınlar”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ