Konstitusiyaya ediləcək dəyişikliklərin mənası vətəndaş cəmiyyəti və siyasi partiyaların rolunu artırmaqdır.
“RİA Novosti”nin məlumatına görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Novo-Oqarevoda Əsas Qanuna dəyişiklilər barədə təkliflərin hazırlanması üçün İşçi Qrupunun üzvləri ilə görüşdə bəyan edib.
O vurğulayıb ki, onların təklifləri Konstitusiyanın təməl əsaslarına toxunmur.
Konstitusiyanın dünya hüquqlarından üstünlüyü ilə bağlı təşəbbüsünü şərh edən Putin qeyd edib ki, digər ölkələr çoxdan belə bir qərar qəbul ediblər. O, həmçinin, Rusiyanın bununla beynəlxalq hüququn prioritetlərindən kənara çıxmadığını da vurğulayıb.
Prezident Dövlət Şurasının səlahiyyətləri məsələsinə diqqətlə yanaşmağa çağırıb. Onun sözlərinə görə, Federasiya Şurası ilə birlikdə “bölgələrin ikinci palatası” olmamalıdır.
Qeyd edək ki, Konstitusiya dəyişiklikləri ilə bağlı ümumrusiya səsverməsinin bu il mayın 1-dək keçirilməsi planlaşdırılıb.