Mənzil tikinti kooperativlərində hüquqpozmaların sayı azalıb.
Bunu Baş Prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.
O, qeyd edib ki, 2019-cu ildə Mənzil tikinti kooperativlərinin vəzifəli şəxsləri və onlarla cinayət əlaqəsinə girmiş ümumilikdə 25 şəxs barəsində 18 cinayət işinin ibtidai istintaqı tamamlanıb və baxılması üçün aidiyyatı üzrə məhmələrə göndərilib: “Həmin işlər üçün vurulmuş 16.058.504 manat maddi ziyandan 4.319.701 manatının ödənilməsi təmin edilib. Cinayət işi üzrə 5.207.699 manat məbləğində əmlak üzərinə həbs qoyulub”.