Sizin reklam burada
Sizin reklam burada

“Real” titul sayında “Barselona”ya ÇATDI

“Real” titul sayında “Barselona”ya ÇATDI

İspaniyanın “Real” klubu tarixinin 91-ci tutulunu qazanıb.

Xeberleragentliyi.com -ın məlumatına görə, Madrid təmsilçisi bununla da əzəli rəqibi “Barselona”ya çatıb.

“Kral klubu” İspaniya Superkubokunun finalında “Atletiko”nu məğlub edərək (0:0, pen.4:1) bunu rəsmiləşdirib.

11-ci dəfə Superkuboku qazanan “Real”ın hesabında 33 çempionluq, 19 ölkə kuboku, 4 Avropa Superkuboku, 13 Çempionlar Liqası, 2 UEFA kuboku, həmçinin klublararası dünya çempionatı və qitələrarası kubokda 7 qələbə var. Madridlilər Yeva Duarte kuboku və Liqa kubokunu da qazanıb.

Bu titullardan 9-u indiki baş məşqçi Zinəddin Zidanın hesabındadır. O, madridlilərlə keçirdiyi bütün finallarda qalib gəlib.

Fransalı mütəxəssis 3 dəfə Çempionlar Liqası, 2 dəfə Avropa Superkuboku, 2 dəfə İspaniya Superkuboku və 2 dəfə dünya çempionatının həlledici matçında iştirak edib və hamısında da qələbə sevinci yaşayıb.//Apa.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ