arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Əmlakını sığorta etdirməyənlər nə vaxt cərimələnəcək?

Əmlakını sığorta etdirməyənlər nə vaxt cərimələnəcək?


Yanvar ayının 20-ə kimi daşınmaz əmlakını icbari sığorta etdirməyənləri heç bir cərimə gözləmir. Bu tip məlumatların yayılması bəzi sığorta şirkətləri tərəfindən edilir.
“Xeberleragentliyi.com” "Xəzər TV"yə istinadən xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan açıqlama verilib.

İcbari Sığorta Bürosundan bildirilib ki, əslində müvafiq qanun 2011-ci ildən qüvvəyə minib və elə həmin müddətdən də cərimələr nəzərdə tutulub.

Sığorta məsələləri üzrə ekspert İlkin Bayramov isə hesab edir ki, cərimənin indiyədək tətbiq edilməməsinin səbəbləri var.

Ekspertin sözlərinə görə, qanunda boşluq olduğu üçün hələlik cərimə tətbiq olunmur. Amma güman olunur ki, yaxın vaxtlarda bu məsələyə yenidən baxılacaq və cərimələrin tətbiqinə start veriləcək. Amma cərimənin yanvarın 20-dən sonra tətbiq ediləcəyi ilə bağlı fikirlər əsassızdır.

Qeyd edək ki, qanunda cərimələrin tətbiqi yerli icra hakimiyyətlərinə və Fövqaladə Hallar Nazirliyinə həvalə olunb. Amma əvvəlcə qanundakı boşluqlar aradan qaldırılmalıdır.

  • Sosial şəbəkədə paylaş