arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Süleymaninin ölüm tarixi təqvimə xüsusi gün kimi salındı – Sərəncam imzalandı

Süleymaninin ölüm tarixi təqvimə xüsusi gün kimi salındı – Sərəncam imzalandı

İranda general Qasım Süleymaninin ABŞ-ın xüsusi əməliyyatının nəticəsində qətlə yetirildiyi tarixi, yəni yanvarın 3-ü “Beynəlxalq Müqavimət Günü” elan edildi.

Bu barədə İranın IRNA agentliyi xəbər yayıb.


Məlumata əsasən, yanvarın 3-də qeyd ediləcək “Beynəlxalq Müqavimət Günü”nün (World Day of Resistance) təqvimə salınması haqqında sərəncamı İran prezidenti Həsən Ruhani imzalayıb.

Bildirilir ki, həmçinin general Süleymaninin adını daşıyacaq, “Qurbanların Xatirəsi"nə beynəlxalq mükafatı (World Sacrifice Award) da təsis edilib.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb. Yanvarın 8-ə keçən gecə isə İslam İnqilabı Keşikçiləri Korpusu Vaşinqtona cavab verib. Belə ki, ABŞ-ın İraqda yerləşən iki hərbi bazasına raket zənbələri endirilmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ