Sizin reklam burada
Sizin reklam burada

“Elton qazanır, mən tikirəm”

“Elton qazanır, mən tikirəm”

Müğənni Elton Hüseynəliyev bir müddət əvvəl Türkiyəyə köçəcəyi haqda açıqlama versə də, sənətçi hələ də Bakıdadır.

Axşam.az-a danışan sənətçinin xanımı, prodüser Tamilla Hüseynəliyeva (Toma) bildirib ki, onlar İstanbulda ev alıblar. Bununla belə, qardaş ölkəyə birdəfəlik köçmək fikirləri yoxdur:

"Evimiz yeni tikilən binadadır. Hava limanından şəhərə gedən yolun üstündə yerləşir. Üç otaqdır. Hələ gedib görməmişəm. Evimiz hazır olsa da, İstanbula birdəfəlik köçmərik. Eltonun qazancı toylardan, dəvətlərdəndir. Həm də o, sənətdən ayrı qala bilməz. Sənət adamları hər şeydən tez inciyən olurlar. Elton da bir ara inciyib elə söz demişdi".

Toma həmçinin Bakıda tikdirdikləri villadan da danışıb:

"İki ildir tikinti bitmir. Hər şeyin üstündə özüm dayanmışam. Mənim vaxtım olmayanda, ustaların da çalışmasına imkan vermirəm. Ona görə də uzanır. Elton qazanır, mən tikirəm".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ