Sizin reklam burada
Sizin reklam burada

Rusiya prezidenti İstanbula səfər edib

Rusiya prezidenti İstanbula səfər edib

Rusiya Prezidenti Vladimir Putin İstanbula səfər edib.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentin yanvarın 7-si üçün üçün planlaşdırılan kütləvi tədbirləri yoxdur və növbəti gün, yanvarın 8-də iş proqramı planlaşdırılır.

Xüsusilə, Rusiya lideri “Türk axını” qaz kəmərinin istismara verilməsi mərasimində iştirak edəcək. Putinin İstanbula səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı planlaşdırılır. Rusiya liderinin mətbuat xidməti əlavə edib ki, Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişafı və aktual beynəlxalq problemlərin, o cümlədən Suriya və Liviyadakı vəziyyətin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Rusiya lideri Türkiyəyə Suriyadan gəlib. Suriyada o, prezident Bəşər Əsədlə görüşüb, Rusiya Silahlı Qüvvələrinin Suriyadakı komandanlıq məntəqəsinə baş çəkib. //APA

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ