Dəfələrlə Cənab Prezident tərəfindən məmurlara tapşırılsa da yenə də bölgələrdə yerli məmurlar tərəfindən özbaşnalıqlar davam edir. Seçkiqabağı namizədlər manelərin və təzyiqlərin olmasa qanuna ziddir və yolverilməzdir. Amma bu gün redaksiyamıza göndərilən məktub heç də belə olduğunu demir. Belə ki, Quba rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Lalə Məmmədova ölkə başçısı hörmətli İlham Əliyev cənablarına, Təhsil Naziri cənab Ceyhun Bayramova, Mərkəzi Seçki Komissiyasının Sədri cənab Məzahir Pənahova müraciət edib. Seçki marafonuna qoşulduğu üçün Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyevdən şikayətçidir. Şöbə müdiri Lalə Məmmədovanın seçkidən kənarlaşdırılması, namizədliyini geri çəkməsi üçün şərləyib, təhqir edib. Bu da azmış kimi ərizəsini yazmağı tələb edib.
P.S.
Qarşı tərəfin də münasibətini işıqlandırma hazırıq.