Gununsesi.org
Xəbər verdiyimiz kimi 2018-ci ildə sui-qəsd cinayətinə məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı məhkəmə prosesi başlayır.
Prosesdə iş üzrə təqsirləndirilən Yunus Səfərov və daha 12 nəfərin ittiham aktına baxılacaq.
Bu olayla bağlı hələ bir neçə ay əvvəl Gununsesi.org istintaqın Elmar Vəliyevi dindirmədiyini yazmışdı. Buna səbəb isə sabiq icra başçısının səhhətinin yaxşı olmaması göstərilib.
Onu da qeyd edək ki, ötən 1 ildən artıq zaman müddətində elmar Vəliyevin səhhəti ilə bağlı bir -birinə zidd fikirlərn yayılıb.
Məhkəmə öncəsi Gununsesi.org-un əməkdaşı Elmar Vəliyevlə danışa bilib.
Sabiq icra başçısı ilə telefon söhbətimizi olduğu kimi təqdim edirik:
Salam Elmar müəlim.
Kimdir?
"Günün Səsi” xəbər portalından sizi narahat edirik. Soruşmaq istədiyimiz bir neçə məsələ var. Birinci bilmək istərdik, səhhətiniz necədir?
Yaxşıyam. Nə olub ki?
Yəqin ki, xəbəriniz var, Yunus Səfərov məhkəmə qarşısına çıxarılır…
Yunus kimdir?
Sizə sui-qəsd cinayətini törədən şəxs…
Hə, nə istəyirsən?
Bilmək istərdik ki, məhkəməyə gedəcəksinizmi?
Nə məhkəmə e, sən kimsən?
Dedim axı, jurnalistəm...
Sonuncu replikamızdan əsəbləşən Elmar Vəliyevin rabitəsiz və qarışıq səslərindən sonra telefonun dəstəyi asıldı.
(Gununsesi.org )