Sizin reklam burada
Sizin reklam burada

"Sulşer çox gülür" - Van Persi

"Sulşer çox gülür" - Van Persi

"Arsenal" və "Mançester Yunayted"in sabiq futbolçusu Robin van Persi "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşeri tənqid edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Mançester klubunun İngiltərə Premyer Liqasının 21-ci turunda "Arsenal"a 0:2 hesabı ilə uduzmasını şərh edərkən deyib:

"Sulşer çox gülür. Sözün düzü, indi onun üçün güləcək zaman deyil. Oyunçular pis oynadıqları vaxt cəzalandırılacaqlarını bilməldirlər. Məşqçi oyun planı ilə yanaşı, bir az da qorxuducu olmalıdır".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ