18 sentyabr – Milli Musiqi Günü münasibətilə Yevlax şəhəri İmadəddin Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin və Yevlax rayon təhsil sektorunun əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Milli Musiqi Gününün əhəmiyyətindən, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən bəhs olunub.
Daha sonra məktəbin şagirdləri tərəfindən müxtəlif musiqi nömrələri, milli musiqi nümunələri və bədii kompozisiyalar təqdim edilib. Milli geyimlərdə nümayiş etdirilən rəqslər və musiqi ifaları tədbirə xüsusi rəng qatıb.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Dahi bəstəkar Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi kimi ölkəmizin mədəniyyət tarixində mühüm yer tutur.
