
Azərbaycanın müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyini dəyişən ən mühüm tarixi hadisələrdən biri kimi yadda qalıb. Bu gün ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və sabit inkişaf yoluna qədəm qoymasının başlanğıcı hesab edilir.
1993-cü ildə ölkədə baş verən siyasi gərginlik, iqtisadi çətinliklər və vətəndaş qarşıdurması Azərbaycanı ağır vəziyyətə salmışdı. Dövlət idarəçiliyində yaranan böhran ölkənin gələcəyini təhlükə altına qoyurdu. Belə bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına böyük ümid yaratdı.
15 iyun tarixində Ali Sovetin Sədri seçilən Heydər Əliyev qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlət institutlarının formalaşdırılmasına və milli maraqların qorunmasına nail oldu. Məhz həmin dövrdən Azərbaycan inkişaf və tərəqqi yoluna qədəm qoydu.
Bu gün Milli Qurtuluş Günü təkcə tarixi hadisənin ildönümü deyil, həm də xalqın birlik və həmrəyliyinin, dövlətə sədaqətinin və müstəqillik iradəsinin təcəssümüdür.
15 İyun – Milli Qurtuluş Günü münasibətilə hər bir soydaşımızı səmimi qəlbdən təbrik edir, Azərbaycanımıza davamlı inkişaf, əmin-amanlıq, firavan gələcək və yeni uğurlar arzulayırıq. Bayramınız mübarək!
Səfər Əlirzayev
Azərbaycan Təmiz Texnologiyalar Şirkətinin təsisçisi, İş adamı
