Şagirdlər Tinkercad proqramından istifadə edərək maraqlı və yaradıcı layihələr hazırlayıblar.
Layihələrdə müasir şəhərsalma prinsipləri, memarlıq nümunələri, Şuşa şəhərinin görməli məkanları və gələcəyin şəhər modeli əks etdirilmişdir. Şagirdlər öz ideyalarını rəqəmsal mühitdə təqdim edərək həm yaradıcılıq, həm də texnoloji bacarıqlarını nümayiş etdiriblər.
