Sizin reklam burada
Sizin reklam burada

Təsviri incəsənət müəllimləri ilə metodiki görüş keçirilib

 Təsviri incəsənət müəllimləri ilə metodiki görüş keçirilib
 Təsviri incəsənət müəllimləri ilə metodiki görüş keçirilib
 Təsviri incəsənət müəllimləri ilə metodiki görüş keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təsviri incəsənət fənnini tədris edən müəllimlərlə görüş təşkil olunub.
Görüşün keçirilməsində əsas məqsəd müəllimlərə həm metodiki dəstək göstərmək, həm də onların ilk dəfə cəlb olunacağı sertifikasiya prosesinə hazırlıq baxımından dəstək vermək olub.
Tədbirdə təsviri incəsənət üzrə təlimçi müəllimlər və dərslik ekspertləri — Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru Günay Həmzəyeva, 220 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Xudiyeva və ARTİ-nin baş metodisti Esmira Tahirova iştirak ediblər. Mütəxəssislər müəllimlərlə peşəkar müzakirələr apararaq dəyərli tövsiyələr veriblər.
Görüş zamanı bu il ilk dəfə təsviri incəsənət müəllimlərinin cəlb olunacağı sertifikasiya prosesi barədə ətraflı məlumat təqdim edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda dərsliklərdəki yeniliklər və tədrisdə effektiv metodların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
İnteraktiv formatda davam edən görüşün sonunda müəllimlər göstərilən metodiki dəstəyə görə təşəkkürlərini ifadə ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ