Sizin reklam burada
Sizin reklam burada

IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib

Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib. Görüşdə idarə müdirinin müavini Cavad Cavadov monitorinqlərin təşkili, ümumi vəziyyət və məktəblərin hazırlıq mərhələləri barədə maraqlanıb. O, prosesin şəffaf və düzgün həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb və bu monitorinqlərin şagirdlərin biliklərini obyektiv qiymətləndirilməsində əhəmiyyətli olduğunu bildirib.
Xatırladaq ki, iyunun 5-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV, iyunun 6-da isə VI siniflərində monitorinq keçiriləcək. IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə aparılacaq.
Monitorinqin əsas məqsədi şagirdlərin nailiyyətlərinin artırılması, onların müvafiq standartlara əsaslanan bilik və bacarıqlarının hansı səviyyədə formalaşdığını müəyyənləşdirmək, tədrisin keyfiyyətini yüksəltmək və səriştə əsaslı qiymətləndirməni təşviq etməkdir.
Monitorinqlər IV siniflər üçün 150 dəqiqə, VI siniflər üçün isə 180 dəqiqə davam edəcək. Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirilmə ballarına və sinifdən-sinifə keçidlərinə təsir etməyəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ