Sizin reklam burada
Sizin reklam burada

Şagirdimiz beynəlxalq uğura imza atıb

Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb
Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən “İncəsənət vasitəsilə dialoq” adlı beynəlxalq sərgidə Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyinin 6-cı sinif şagirdi Rəsmiyyə Vəliyeva ölkəmizi layiqincə təmsil edib.
Azərbaycanlı rəssamların əsərlərinin nümayiş olunduğu sərgidə Rəsmiyyənin əl işləri iştirakçıların və sənətsevərlərin böyük marağına səbəb olub.
Gənc rəssamın əsəri yüksək qiymətləndirilərək mükafata layiq görülüb.
Qeyd edək ki, Rəsmiyyə Vəliyevanın əsərləri bundan əvvəl də Bakı, Koreya və Braziliyada təşkil olunan beynəlxalq sərgilərdə nümayiş etdirilib.
İstedadlı şagirdimizə yeni uğurlar arzulayırıq!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ