Sizin reklam burada
Sizin reklam burada

FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib

FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2026-cı il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Belə ki, Nazirliyin Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərlər”, Şimal-qərb RM tərəfindən “Xilasetmə manqa komandirləri”, Cənub RM tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümyəndələr” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.
Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara dair fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ