
1 İyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsas məqsədi uşaqların hüquqlarının qorunmasına diqqəti artırmaq, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyümələrinə dəstək olmaqdır.
Uşaqlar cəmiyyətin gələcəyidir. Hər bir uşağın sevgi, qayğı, təhsil və sağlamlıq hüququ vardır. Onların fiziki və mənəvi inkişafı üçün əlverişli şərait yaratmaq həm dövlətin, həm də cəmiyyətin əsas vəzifələrindən biridir. Uşaqların hüquqlarının müdafiəsi, onların istedadlarının üzə çıxarılması və xoşbəxt gələcəyinin təmin edilməsi hər birimizin üzərinə düşən məsuliyyətdir.
Bu gün uşaqlara yalnız hədiyyələr vermək deyil, həm də onların arzularını dinləmək, qayğılarına qalmaq və hüquqlarını qorumağın vacibliyini bir daha xatırlamaq günüdür. Dünyanın müxtəlif ölkələrində bu münasibətlə tədbirlər, konsertlər, sərgilər və xeyriyyə aksiyaları keçirilir, uşaqlara sevinc bəxş edən müxtəlif proqramlar təşkil olunur.
Azərbaycan da uşaqların müdafiəsi və rifahının təmin edilməsi istiqamətində mühüm addımlar atır. Uşaqların təhsil alması, sağlam böyüməsi, sosial müdafiəsinin gücləndirilməsi və onların hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır.
1 İyun bizə bir daha xatırladır ki, hər bir uşağın xoşbəxt gülüşü, sağlam gələcəyi və təhlükəsiz həyatı üçün birlikdə çalışmalıyıq. Çünki bugünkü uşaqlar sabahın alimləri, müəllimləri, həkimləri, mühəndisləri, dövlət xadimləri və cəmiyyətimizin aparıcı qüvvələridir.
Bu əlamətdar gün münasibətilə bütün uşaqları səmimi-qəlbdən təbrik edir, onlara sağlam ömür, firavan həyat, uğurlu gələcək və daim üzlərindən əskik olmayan təbəssüm arzulayırıq. Qoy bütün uşaqlar sevgi, qayğı və xoşbəxtlik içində böyüsünlər!
Hatəm İbrahimov,
Xeyriyyəçi- İş adamı
