Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ilk həmkarlar ittifaqı təşkilat sədrlərinin 2-3 günlük səmərəli istirahətinin təşkili layihəsi uğurla davam etdirilir.
ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatlarının həmkarlar ittifaqı sədrlərinin bir qrupunun Quba rayonunda fəailiyyət göstərən " Nazlı bulaq" İstirahət mərkəzinə 2 günlük istirahəti baş tutdu. Təbiətin bəxş elədiyi bütün gözəllikləri özündə əks etdirən, hündür şəlaləsi və sərin bulaqları ,yaşıllıqları ilə zəngin, sıldırım qayalıqların arasında yerləşən və ETİHİ Respublika Komitəsinin nəzdində fəailiyyət göstərən bu istirahət mərkəzində təhsil işçilərinin səmərəli istirahəti üçün hər cür şərait yaradılmışdır.
Səliqəli, müasir standartlara cavab verən yataq otaqları, istirahət guşələri, idman meydançaları, hər cür nemətlərlə zəngin yeməkxanası, nümunəvi xidmət göstərən personalı yüksək səviyyədə təşkil olunmuşdur.
Təhsil sahəsində yüksək nəticələrlə dərs ilini başa vuran rayonun təhsil işçiləri gərgin iş fəaliyyətindən sonra bu gözəl məkanda 2 gün səmərəli istirahət etmələri çox yerinə düşən bir zaman oldu.
Təhsil işçilərinin asudə vaxtını və səmərəli istirahətini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə rayonun təhsil işçiləri adından təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
