Sizin reklam burada
Sizin reklam burada

Qurban Bayramı – Paylaşma və Birlik Bayramı

Qurban Bayramı – Paylaşma və Birlik Bayramı

Qurban Bayramı İslam aləminin ən müqəddəs və ən mənəvi bayramlarından biridir. Bu bayram insanları mərhəmətə, paylaşmağa və yardımlaşmağa səsləyir. Qurban kəsmək yalnız dini ibadət deyil, həm də ehtiyacı olan insanlara dəstək olmaq, cəmiyyətdə birlik və bərabərliyi gücləndirmək deməkdir.
Bayram günlərində ailələr bir araya gəlir, küsülülər barışır, insanlar bir-birinə sevgi və hörmət nümayiş etdirirlər.
Qurban Bayramının əsas mahiyyəti fədakarlıq və Allaha bağlılıqdır. Həzrəti İbrahim peyğəmbərin göstərdiyi sədaqət bu bayramın əsas nümunəsidir.
Bu müqəddəs günlər insanlara səbirli olmağı, paylaşmağı və yardımlaşmağın gözəlliyini xatırladır.
Bayram süfrələri açılır, kasıb ailələr unudulmur, uşaqlar sevindirilir. Bu günlərdə edilən duaların, xeyirxah əməllərin insan həyatına mənəvi rahatlıq gətirdiyinə inanılır.
Qurban Bayramı münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edir, ailələrinizə sevinc, süfrələrinizə ruzi-bərəkət və həyatınıza xoşbəxtlik arzulayırıq!

Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 1- ci müavini

  • Sosial şəbəkədə paylaş