Sizin reklam burada
Sizin reklam burada

Ulu Öndərin Şərəfli Həyat Yolu

Ulu Öndərin Şərəfli Həyat Yolu

10 May Azərbaycan xalqının yaddaşında daim yaşayacaq müqəddəs tarixlərdən biridir. Bu gün müasir Azərbaycan dövlətinin banisi, xalqımızın böyük oğlu Heydər Əliyevin anadan olduğu gündür.
Heydər Əliyev həyatı boyu Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün çalışmışdır. O, xalqını sonsuz məhəbbətlə sevən və dövlətini hər şeydən üstün tutan böyük lider idi. Ulu Öndər Azərbaycanın müstəqilliyini qorumağı özünün ən müqəddəs vəzifəsi hesab edirdi.
Onun rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçmişdir. İqtisadiyyatın gücləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı və xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınmasına da böyük töhfə vermişdir. O, ölkəmizin maraqlarını beynəlxalq tribunlardan qətiyyətlə müdafiə etmiş və Azərbaycanı dünya dövlətləri arasında nüfuzlu ölkəyə çevirmişdir.
Ulu Öndərin ən böyük xidmətlərindən biri də xalqın milli birliyini təmin etməsi idi. O, Azərbaycan xalqını vahid amal ətrafında birləşdirərək dövlətçiliyin qorunmasına nail olmuşdur.
Bu gün Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır. Onun siyasi irsi və dövlətçilik məktəbi gələcək nəsillər üçün böyük örnəkdir.



Aytən İsmayılova
Goranboy rayon Ballıqaya kənd ümumi orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş