Sizin reklam burada
Sizin reklam burada

Dövlətçilik Məktəbinin Banisi

Dövlətçilik Məktəbinin Banisi

10 May Azərbaycan xalqının qürur duyduğu böyük lider Heydər Əliyevin doğum günüdür.
Heydər Əliyev Azərbaycanın gələcəyini düşünən və bu gələcək üçün çalışan böyük siyasətçi idi. O, ölkədə milli birlik və həmrəyliyi təmin etmiş, xalqı ətrafında birləşdirmişdir.
Heydər Əliyev bütün ömrünü xalqına və dövlətinə xidmətə həsr etmişdir. O, yalnız Azərbaycanın deyil, ümumilikdə türk dünyasının ən görkəmli siyasi liderlərindən biri kimi tarixə düşmüşdür. Onun zəngin siyasi fəaliyyəti nəticəsində Azərbaycan həm sovet dövründə, həm də müstəqillik illərində böyük inkişaf yolu keçmişdir.
1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi və iqtisadi böhran yaşayırdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Məhz belə bir çətin dönəmdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində dövlətçilik qorundu, sabitlik yaradıldı və inkişafın təməli qoyuldu.
Ulu Öndərin həyata keçirdiyi uğurlu neft strategiyası Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynadı. “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi və Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Bu siyasətin nəticəsində ölkəyə böyük investisiyalar cəlb olundu, yeni iş yerləri yaradıldı və xalqın rifahı yüksəldi.
Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirirdi. Azərbaycan dilinin inkişafı, milli adət-ənənələrin yaşadılması və vətənpərvərlik ruhunun gücləndirilməsi onun siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.
Bu gün Azərbaycan xalqı Ümummilli Liderin əziz xatirəsini böyük ehtiramla yad edir. Onun müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir və Azərbaycan gündən-günə daha da güclənir. Heydər Əliyevin adı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.



Aydın Rəhimov,
Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəis müavini

  • Sosial şəbəkədə paylaş