Sizin reklam burada
Sizin reklam burada

Ulu Öndərin İşıqlı Ömür Yolu

Ulu Öndərin İşıqlı Ömür Yolu

10 May Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan müqəddəs günlərdən biridir. Bu tarix Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olduğu gündür. Onun həyatı və fəaliyyəti Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz rol oynamışdır.
Heydər Əliyev yalnız bir siyasi lider deyil, həm də xalqını dərin məhəbbətlə sevən, dövlətini hər şeydən üstün tutan böyük şəxsiyyət idi. O, ölkəmizin ən çətin dövrlərində xalqın xilaskarına çevrilərək Azərbaycanı parçalanmaq təhlükəsindən qorudu. Onun uzaqgörən siyasəti nəticəsində dövlət müstəqilliyimiz möhkəmləndi, ölkəmiz dünya dövlətləri arasında layiqli yerini tutdu.
Ulu Öndərin rəhbərliyi dövründə iqtisadiyyat inkişaf etmiş, ordu quruculuğu gücləndirilmiş, milli-mənəvi dəyərlər qorunmuşdur. Bu gün müasir Azərbaycanın uğurları məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun nəticəsidir.
Azərbaycan xalqı hər il 10 May tarixini böyük ehtiramla qeyd edir və Ümummilli Liderin əziz xatirəsini daim qürurla yad edir.

Rahim Novruzov
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ