İstanbul Azərbaycan Qəzetçiləri Dərnəyinin Azərbaycan nümayəndəliyi yaradıldı
Bu gün Türkiyədə İstanbul Azərbaycan Qəzetçiləri Dayanışma və Yardımlaşma Dərnəyinin (İAQDY) İdarə Heyətinin iclası keçirilib. İclasda Azərbaycan nümayəndəliyinin yaradılması barədə rəsmi qərar qəbul edilib.
İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, dərnəyin Azərbaycan nümayəndəliyinə tanınmış mədəniyyət işçisi, aktyor və bədii qiraət ustası Sadiq Nəsirli rəhbər təyin olunub.
Yeni yaradılan nümayəndəliyin əsas məqsədi Azərbaycan və Türkiyə arasında media, mədəniyyət və ictimai əlaqələrin daha da gücləndirilməsi, jurnalistlər arasında əməkdaşlığın genişləndirilməsi və ortaq layihələrin həyata keçirilməsidir.
Qeyd edək ki, İstanbul Azərbaycan Qəzetçiləri Dayanışma və Yardımlaşma Dərnəyinin təsisçisi və rəhbəri tanınmış jurnalist Şərafət Şəfadır.
Eyni zamanda dərnəyin tərkibində “Öztürk TV” internet televiziyası da fəaliyyət göstərir. Dərnək fəaliyyətində türk dünyasının birliyi, informasiya mübadiləsi və mədəni dəyərlərin təbliğini əsas prioritet kimi müəyyən edib.
