Təhsil İnstitutu tərəfindən bölgələrdə təhsil ictimaiyyəti ilə dialoqun gücləndirilməsi məqsədilə planlaşdırılan silsilə görüşlərin ilk ünvanı Quba rayonu olub.
Elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktor əvəzi Elnur Əliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və ARTİ-nin mütəxəssis heyəti Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbində müəllimlərlə görüşüblər.
Görüş zamanı müəllimlərin peşəkar inkişaf ehtiyacları, dərsliklərin məzmunu və tətbiqi, metodik vəsaitlərin effektiv istifadəsi, kurikulumun icrası zamanı yaranan praktik çətinliklər müzakirə olunub. Müəllimlər mövcud problemləri səsləndirməklə yanaşı, tədrisin daha səmərəli təşkili, dərsliklərin yaş səviyyəsinə uyğunlaşdırılması və şagird yönümlü strategiyalarla bağlı təkliflərini bölüşüblər.
????Ətraflı: https://arti.edu.az/.../arti-bolg%c9%99l%c9%99rd%c9%99.../
#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi
