Sizin reklam burada
Sizin reklam burada

Şagirdimizin möhtəşəm uğuru

Şagirdimizin möhtəşəm uğuru
Şagirdimizin möhtəşəm uğuru
Şagirdimizin möhtəşəm uğuru

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin və Şamaxı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 2-ci sinif şagirdi Abbaslı Aylin Əjdər qızı Şahmat üzrə Respublika çempionatında 8 yaşlı qızlar arasında III yerə layiq görülmüşdür.
Qeyd edək ki, Aylin Abaslı Şamaxı, İsmayıllı və Ağsu rayonları üzrə iştirak edən 20 nəfər şagird arasından qalib olan yeganə şagirdimizdir.
Şagirdimizi və onun məşqçi müəllimi Əhmədova Aşa İlham qızını təbrik edir, ona gələcəkdə daha yüksək uğurlar arzulayırıq.
Bildiririk ki, çempionatın final mərhələsi 23–30 mart 2026-cı il tarixlərində Gəncə İdman Sarayında təşkil olunub. Yarış, “Şahmat üzrə Azərbaycan milli yığma komandalarının formalaşdırılması meyarları və şahmatçılara dəstək proqramı” çərçivəsində keçirilib.

  • Sosial şəbəkədə paylaş