???? 2–7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilir.
Gün ərzində şagirdlər üçün sağlam qidalanma ilə bağlı maarifləndirici söhbətlər aparılmış, “Sağlam həyat tərzi” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Eyni zamanda şagirdlər arasında “Ən sürətli şagird” adlı qaçış yarışı təşkil olunaraq onların fiziki hazırlıq səviyyəsi və idmana marağı təşviq edilmişdir.
Layihənin əsas məqsəd şagirdlərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliği və fiziki fəallığın stimullaşdırılmasıdır.
#MÜTDA #EduAz #İdmanHəftəsi
