Sizin reklam burada
Sizin reklam burada

Yevlaxda musiqi məktəbi hansı qanunlarla idarə olunur? – Direktor vəzifəsini icra edən Nərgiz Həsənova ilə bağlı ciddi iddialar

Yevlaxda musiqi məktəbi hansı qanunlarla idarə olunur? – Direktor vəzifəsini icra edən Nərgiz Həsənova ilə bağlı ciddi iddialar
Yevlax şəhər 2 nömrəli musiqi məktəbində baş verənlər təhsil və mədəniyyət sahəsində idarəetmə ilə bağlı ciddi suallar doğurur.
Məktəbdə çalışan və adlarının çəkilməsini istəməyən əməkdaşların iddiasına görə, hazırda direktor vəzifəsini icra edən Nərgiz Həsənova tabeliyində çalışan işçilərlə kobud rəftar edir, onları təhqir və təhdid etməkdən belə çəkinmir. Bildirilir ki, müəssisədə çalışan bəzi əməkdaşlar rəhbərlik tərəfindən davamlı təzyiq və aşağılanma ilə üzləşdiklərini deyirlər.
Mənbələrin sözlərinə görə, Nərgiz Həsənova bu vəzifədə olarkən özündən əvvəl məktəbdə rəhbərlik etmiş Zöhrə Adıgözəlovanın idarəçilik üslubunu davam etdirir və bu səbəbdən kollektiv daxilində narazılıq getdikcə artır.
İddialara görə, bu prosesdə adı tez-tez hallanan şəxslərdən biri də Yevlax mədəniyyət sahəsində rəhbər vəzifədə çalışan Günel Cəfərovadır. Bildirilir ki, onun dəstəyi ilə Nərgiz Həsənovanın mövqeyi daha da güclənib.
Digər tərəfdən, Nərgiz Həsənovanın direktor vəzifəsini icra etməsi ilə bağlı təyinatın necə və hansı əsaslarla həyata keçirilməsi də suallar doğurur. İddialara görə, orta ixtisas təhsilli olan şəxsin belə bir vəzifəyə gətirilməsi ilə bağlı şəffaflıq təmin olunmayıb.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil. Yevlax şəhər 2 nömrəli musiqi məktəbində səslənən bu iddiaların araşdırılması və məsələyə rəsmi aydınlıq gətirilməsi zəruridir.

  • Sosial şəbəkədə paylaş