arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Kürdçü deputat Azərbaycan türklərinə ağır söyüş etdi - məhkəmə başlayır

Kürdçü deputat Azərbaycan türklərinə ağır söyüş etdi - məhkəmə başlayır

Mən heç vaxt xəstəlik və ölüm kimi məsələlərin siyasət səhnəsinə gətirilərək alət kimi istifadə edilməsini təqdir etməsəm də, sağlığında kor Fatı olanların öləndən sonra badam gözlü olaraq gözümüzə soxulmasına da seyrçi qalacaq adam deyiləm.
Türkiyədəki manqurtlaşmış, beyni yuyulmuş zombi sürüsünü "anlayıram" da, Azərbaycanda həyatını pkk-ya dəstək üçün həsr etmiş, ömrü boyu erməni-k"ürd ter*rorizminin siyasi təmsilçisi olaraq fəaliyyət göstərən Sırrı Sürəyya Öndər adlı şəxsin ölümünə üzülənləri anlamaqda çətinlik çəkirəm.
Hələ 11 il öncə bu şəxslə mübahisəmiz olmuşdu. Çünki sosial şəbəkə hesabında Güney Azərbaycanın Urmu gölünü "kürd gölü" adlandırmış, Güney Azərbaycan torpaqlarını Doğu (şərqi) Kürdüstan olaraq təqdim etmiş, buna yorumları ilə etiraz edən Güneyli soydaşlarımıza isə "Türkiyənin əmri ilə hərəkət edən köpəklər" deyə təhqirlə qarşılıq vermişdi.
Düzdür, məsələ böyüdükdən sonra Sırrının parlamentdəki köməkçisi mənimlə əlaqəyə çıxaraq həmin səhifənin Sırrı Sürəyya Öndər tərəfindən idarə edilmədiyini bildirdi. Mən isə "Necə ola bilər ki, 385 min izləyicisi olan və onun adına olan bir səhifədən xəbəri olmasın? Əgər doğrudan da belədirsə, o zaman açıqlama verərək həmin sözləri təkzib etsin" tələbi irəli sürsəm də, onlar bunu etmədilər və bununla da həmin çirkin açıqlamaların məhz Sırrı Sürəyya tərəfindən verildiyi təsdiqini tapmış oldu.
Ayrıca, həmin S. S. Öndər, "Türkiyə Cumhuriyyətinin heç bir faydasını görmədim", "Apo atam kimidir" kimi açıqlamaların da müəllifidir.
Təqdir sizin...


ZAUR BAYRAMLI

  • Sosial şəbəkədə paylaş