Möhtərəm Prezident! Müstəqil Azərbaycan Sizin rəhbərliyiniz altında ciddi uğurlara imza atmış, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlamışdır. Bu,Sizin tərəfinizdən məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Sizin siyasi müdrikliyiniz, qətiyyətiniz, cəsarətiniz milli maraqlara sədaqət nümunəsidir. Ötən illər ərzində aparılan uzaqgörən daxili və xarici siyasət potensialınız çox çətin sınaqlardan çıxmışdır. Siz dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xarici siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirirsiniz. Bu yolda ağır çətinliklərlə qarşılaşmısınız, lakin yolunuzdan dönməyib qələbə çalmısınız. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, Sizin qətiyyətli, prinsipial və cəsarətli gedişləriniz nəticəsində geri çəkilməyə məcbur olmuşlar.
Dövlət başçısı kimi siyasətdəki uğurlarınızın əsas səbəbi budur ki, Siz müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələdsiniz, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlaya bilirsiniz. Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, Siz bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində uğurla saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi, sürətlə baş verən dəyişikliklərdən Vətənin və xalqımızın xeyrinə məharətlə istifadə etməyi bacarırsınız.
Siz ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, müstəqil Azərbaycanın tərəqqisi və yüksəlişi naminə müstəsna xidmətlər göstərir, müdrik daxili və xarici siyasət aparırsınız. Məhz Sizin diqqət və qayğınız sayəsində respublikamızın inkişafı sürətlənir.
Son olaraq nəzərinizə çatdırmaq istəyirik ki, 24 dekabr Ali Baş Komandanımız İlham Əliyevin ad günüdür. Bu münasibətlə ən xoş arzularımı və təbriklərimi ünvanlayıram. Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Yaradan Sizi qorusun!
İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvi, professor