Sizin reklam burada
Sizin reklam burada

Cənab İlham Əliyev, sizə dövlətimizə güclü və düzgün rəhbərliyinizə görə təşəkkür edir və doğum gününüzü təbrik edirəm!

Cənab İlham Əliyev, sizə dövlətimizə güclü və düzgün rəhbərliyinizə görə təşəkkür edir və doğum gününüzü təbrik edirəm!


İlham Əliyev rəhbərliyi dönəmi boyunca istər iqtisadi, istər idman və turizm sahələrində, istərsə də hərbi qüvvələrin və hərbi arsenalın möhkəmlənməsi sahəsində böyük işlər görmüş, dövlətimizi daima inkişaf yolunda saxlamışdır. Hər zaman xalq arasında olan, onların düşüncə və istəklərinə önəm verən Cənab Prezidentimiz bir çox çıxışlarında dövlət rəhbərliyində olan şəxslərin xalqa xidmət etməklərinin zəruri olmasını qeyd etmişdir. Bu səbəbdəndir ki, hər zaman xalqın yanında olan, onların səslərini eşidən, problemlərini həll edən Mehriban Xanım Əliyevanı Vitse-prezident vəzifəsinə təyin etmişdir. Prezidentimiz Xalqa xidmət üçün dövlətimizdə bir sıra fondların yaradılmasını təmin etmişdir. Dövlət rəhbərliyinin şəhid və qazı ailələrinə də diqqətli olması Leyla Əliyeva rəhbərliyi altında Yaşat fondunun da yaradılmasına gətirib çıxarmışdır.

Cənab İlham Əliyev, sizə dövlətimizə güclü və düzgün rəhbərliyinizə görə təşəkkür edir və doğum gününüzü təbrik edirəm!

Dövlətimizin inkişaf etməsi və tanınması məqsədilə ölkəmizdə bir sıra idman yarışları və dünyaca məşhur tədbirlər keçirilmişdir. Ölkəmizin təbii sərvətlərinin dünyaya ixrac edilməsində Bakı-Tiflisi-Ceyhan boru kəmərinin çəkilməsi mühüm rol oynamışdır. Bunlardan əlavə ölkə şəhərlərinin xarici memarlıq quruluşu cəhətdən də möhtəşəm olması Prezidentimiz sayəsində, onun xüsusi diqqəti ilə olmaqdadır.

Hərbi sahəyə də İlham Əliyev, Cənab Ali Baş Komandan olaraq şəxsən özü rəhbərlik etməkdədir. Onun rəhbərliyi ilə hazırlanmış Azərbaycan ordusu əzəli torpaqlarımız olan Qarabağı şanlı qələbə ilə geri qaytarmışdır. Qarabağın azad olunmasından həmən sonra torpaqlarımız minalardan təmizlənmiş və şəhər quruculuq işləri aparılmaqdadır. Dönəm-dönəm hazır olan Qarabağ şəhərlərinə insanlar köçürülməkdə, hər kəs öz torpağına qayıtmaqdadır. Son zamanda Xankəndi şəhərində keçirilən Qarabağ-Moik futbol oyununun həmin ərazidə olması çox qürur vericidir. Və həmin oyunda Cənab Prezidentin olması və simvolik olaraq oyunda futbol topuna ilk zərbəni endirməsi xüsusi məna kəsb edirdi.

Cənab İlham Əliyev, sizə dövlətimizə güclü və düzgün rəhbərliyinizə görə təşəkkür edir və doğum gününüzü təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Yaradan Sizi qorusun!



İlahə Əliyeva
Göyçay rayonu Çərəkə kənd 1 saylı tam orta məktəbin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ